Mixail Qaluzin: Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidir

A- A A+

Cənubi Qafqazın gələcəyini regionu ümumi evləri hesab edən ölkələr müəyyən etməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Regiondan kənar qüvvələrin bölgəyə cəlb edilməsini səmərəsiz hesab edirik. Təəssüf ki, rəsmi İrəvan son vaxtlar bu məsələyə meyllidir. Biz görürük ki, ABŞ, onun Avropa İttifaqı və NATO-dan olan əlaltılarının müdaxilə etdiyi ölkələrin və ya regionların heç birində sabitlik və dayanıqlı sülh yaranmayıb. Yalnız xaos, dövlətçiliyin və sabitliyin pozulması olub. Buna Balkanları, İraqı, Liviyanı, Suriyanı nümunə göstərmək olar”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: