ABŞ səfiri Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib

A- A A+

ABŞ səfiri Mark Libbi son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, diplomat yerli mediaya açıqlamasında bildirib ki, sərhəddəki gərginlik həqiqətən narahatedicidir.

“Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, - ABŞ səfiri vurğulayıb.

Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb: “Biz Azərbaycanın ərazisində hər hansı qurumu tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: