Prezident İlham Əliyev fevralın 16-da Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin".