Səfir naziri rəsmi Bakının Kiyevə humanitar yardımı barədə məlumatlandırıb

A- A A+

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu ölkənin daxili işlər naziri İqor Klimenko ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, səfir bu barədə “X”də yazıb.

Qeyd olunub ki, görüş çərçivəsində Azərbaycanın Ukraynaya humanitar yardımı, o cümlədən humanitar minatəmizləmə işləri barədə məlumat verilib.

Tərəflər, həmçinin Azərbaycanla Ukrayna arasında mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd əməkdaşlığı və fövqəladə hallar üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: