Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

A- A A+

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Suriyadan Azərbaycana repatriasiya edilən 7 nəfər azərbaycanlı ilə görüşüblər.

NUHÇIXAN xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş 5-i uşaq və 2-si qadın olan repatriantların psixoloji vəziyyəti qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: