Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

A- A A+

Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.

Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək ədliyyə naziri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: