Cahit Bağçı: Xocalı qətliamı qurbanlarının acısını ürəyimizdə hiss edirik - YENİLƏNİB - VİDEO

A- A A+

Xocalı qətliamı qurbanlarının acısını ürəyimizdə hiss edirik.

NUHÇIXAN-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Xocalı soyqırımı abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün hüznlə bərabər, Qarabağın bütün ərazilərinin azad olunmasına dair sevinc də var.

“Qarabağın tək bir santimetr ərazisində belə erməni tapdağı qalmadı. Antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi təmin edildi. Prezident İlham Əliyev bütün azad olunmuş ərazilərdə bayraq ucaltdı, Şuşadan sonra ən anlamlı ziyarət Xankəndi və Xocalıya edilən ziyarət idi.

Artıq Qarabağ azaddır və xocalılıların da öz dədə-baba yurduna geridönüşü başlanıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: