MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasının keçiriləcəyi tarix açıqlanıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
Bildirilib ki, MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası mayın 24-də Türkmənistanın paytaxtında Aşqabadda keçiriləcək.
Qeyd olunub ki, MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının fevralın 27-də Minskdə keçiriləcək iclasında Birliyin Hökumət Başçıları Şurasının gündəliyinin layihəsi müzakirə ediləcək.
Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə keçirilib.