Rəsmi Brüssel Azərbaycanı sanksiyalarla təhdid edə bilməz - VİDEO

A- A A+

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi ilə bağlı məsələlər barədə kifayət qədər materiallar yayımlandı. Prezident İlham Əliyevin Türkiyə səfərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə də bu məsələyə dövlət başçıları səviyyəsində münasibət bildirildi. Amma bu dəfə Avropa Parlamenti biraz da irəli gedərək Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı qətnamə qəbul edib. Qətnamədə Azərbaycanın guya Qarabağda erməni sakinlərə təzyiq göstərməsi eləcə də, Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı absurd və əsassız ehtimallar yer alıb.

Bir tərəfdə Avropanın “reinteqrasiya” adı altında həyata keçirdiyi siyasət.  Digər tərəfdə isə Azərbaycanın Qarabağda həyata keçirdiyi reinteqrasiya planı. O zaman bu qətnamə nəyin qərəzidir?

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları reportajı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: