Tokayev: COP29 Azərbaycan və onun diplomatiyası üçün böyük tarixi nailiyyətdir

A- A A+

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir.

NUHÇIXAN Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “COP29-da iştirak dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı bu işin öhdəsindən sözsüz ki, gələcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: