Tokayev: Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində tərəfdaşdırlar
Bugünkü tədbir Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq.
NUHÇIXAN-ın məlumatına görə, bunu Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləmə mərasimində deyib.
O qeyd edib ki, Avrasiya kontinenti nəqliyyat-logistika karkası formalaşıb:
“Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar. Bu gün danışıqlar əsnasında məhz təkcə bizim ölkələri deyil, həm də yaxınlıqdakı bir çox dövlətləri birləşdirən bu sahədən çox bəhs etdik”.