BMT-nin İnkişaf Proqramının Administratoru: COP29 iqlim dəyişmələri ilə bağlı addımlara mühüm töhfə verəcək

A- A A+

Dünya iqlim dəyişmələri ilə bağlı bizim təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. COP29 ərəfəsində biz maliyyəni buraya cəlb etməliyik.

NUHÇIXAN xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Administratoru Açim Steyner XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyşmələrinə qarşı daha çox irad bildirmək lazımdır. Eyni zamanda, dünya bir razılığa gəlməlidir, kollektiv şəkildə tədbirlər görməlidir.

“2024-cü ildə bütövlükdə iqlim dəyişmələri məsələsi milli dayanıqlı inkişaf məqsədlərində öz əksini tapır. Çox ölkə artıq bərpaolunan enerjiyə keçid edib”,- deyə Açim Steyner əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: