Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

A- A A+

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" səhifəsində paylaşım edilib.

"Pekinə səfərini başa vuran COP29-un prezidentli Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: