Beynəlxalq təşkilatın prezidenti: COP29 xüsusi konfrans olacaq

A- A A+

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) xüsusi olacaq.

NUHÇIXAN xəbər verir ki,bu barədə  açıqlamasında "Liberal International" təşkilatının Prezidenti, Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite bildirib.

“İstənilən COP-dan böyük gözləntilərimiz var. Lakin bu dəfə Tərəflər Konfransı xüsusi olacaq, çünki o, qlobal ictimaiyyətin qalıq yanacaqlardan imtina etməyə qərar verdiyi COP28-in davamıdır. Bu o deməkdir ki, COP29-da biz qalıq yanacaqlardan uzaqlaşmağın yollarını tapmalıyıq”, - o bildirib.

Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi bildirib ki, dünyada atmosferə buraxılan istixana qazı emissiyalarının təxminən 80 faizi G20 ölkələrinin payına düşür: “Gəlin COP29 müzakirələrində bu 20 ölkədən bizə öz fəaliyyət planını vermələrini və bu emissiyaları necə azaldacaqlarını söyləmələrini xahiş edək. COP29 şəffaflıq və hesabatlılıq sisteminin yaradılmasına cavabdeh olacaq”.

Sonda Hakima El Haite Azərbaycana bu genişmiqyaslı tədbirin keçirilməsində uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: