Türkiyə XİN-in başçısı: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır

A- A A+

Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur. Azərbaycanın iqtisadi cəhətdən inkişafı onu göstərir ki, o, bölgənin ən güclü ölkəsinə çevrilib. Azərbaycan, eyni zamanda, regional diplomatiyanın və bir sıra layihələrin qovşağına çevrilib.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.

Türkiyə XİN-in başçısı Azərbaycanla enerji və iqtisadi sahələrdə bir sıra layihələrə imza atıldığını qeyd edib.

“Mən ötən il Şuşaya səfər etdim. Bu il də COP29 Bakıda keçiriləcək. Artıq 11-ci dəfədir ki, Qlobal Bakı Forumu təşkil edilir. Azərbaycan çoxsaylı tədbirlərə ev sahibliyi edib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır”, - deyə H. Fidan əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: