Gürcüstanın Baş naziri: Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir

A- A A+

Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Sülh məsələlərinə xüsusi diqqətə yetirilməli olduğunu, Gürcüstanın regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də davam etdirəcəklərini vurğulayan Baş nazir həmçinin bildirib: “Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: