Qafqazdan kənar qüvvələr regiona sabitlik gətirməyəcək, ona görə də onların iştirakı məhdudlaşdırılmalıdır.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskva ilə İrəvan arasında münasibətlərdəki çətinlikləri şərh edərkən deyib.
Son aylar İrəvan Aİ-ni Qafqaz regionunun problemlərində iştiraka fəal şəkildə cəlb edir. Xüsusilə də Ermənistan Bakının istəyinin əksinə olaraq Azərbaycanla sərhəddə Avropa müşahidə missiyasına icazə verib.
"Təəssüf ki, Qafqaz müxtəlif qeyri-regional qüvvələrin diqqətini cəlb edir. Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki o sabitlik və rifah gətirə bilmir", - Peskov vurğulayıb.