NTV xəbərin 106 il əvvəl ermənilərin soyqırımı törətdiyi Alpan kəndindən reportajı - VİDEO

A- A A+

1918-ci ilin mart hadisələri zamanı erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıdıb, bunlardan 35-i xəritədən silinib, 27-ni əhalisi ilə birlikdə yandırıb, 16 mindən çox müsəlmanı qətlə yetiriblər. Xalqınızın başına gələn müsibətlərə şahidlik edən kəndlərdən biri də Alpan kəndidir. Qubadakı ən qədim yaşayış məskənlərindən biri olan bu kənd rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Qədim kənd qəbiristanlığı soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdəndir. Dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı başdaşlarını gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.

NTV xəbərin Bakı bürosunun əməkdaşları 106 il əvvəl ermənilərin soyqrımı törətdiyi rayonun Alpan kəndindən və Quba şəhərindəki  “Soyqırımı Memorial Kompleksi“ndən reportaj hazırlayıblar.

NUHÇIXAN həmin reportajı təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: