Tarixin qanlı səhifəsi-Yaycı soyqırımı - VİDEO
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyasda törədilib. Erməni daşnakları Naxçıvanda təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetiriblər. Culfa rayonunun Yaycı kəndində isə misli görünməmiş vəhşiliklər törədilib. Həmin qanlı faciələri gözü ilə görən şahidlər artıq dünyalarını dəyişib. Lakin hadisələri nəql etdikləri doğmaları Yaycı soyqırımını elə şahidləritək ürəkyanğısı ilə xatırlayırlar.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: