"Haber Global" Xocalı soyqırımı qurbanlarının dəfnindən süjet hazırlayıb - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Xocalıda yeni salınan Şəhidlər xiyabanında soyqırımı qurbanlarının dəfni ilə bağlı reportaj hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, reportajda 32 ildən sonra nəşinin qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi işıqlandırılıb.
Bildirilib ki, 2023-cü il sentyabrın 19-20-i tarixlərində keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan Xocalı şəhərinə nəzarəti bərpa edib və burada aparılan qazıntı işləri zamanı insan meyitlərinin qalıqları aşkarlanıb. Aşkarlanan kütləvi məzarlıqda ümumilikdə 9 nəfərin meyiti aşkarlanıb, onlardan 7-i bu gün torpağa tapşırılıb.
Reportajda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi barədə danışılır. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb. Faciə baş verən gecə 1 275 dinc sakin girov götürülüb. Bununla yanaşı, ağıla gəlməyən vəhşiliklər, zorakılıqlar törədilib.
Daha ətraflı videomaterialda: