Daxili Qoşunların gənc əsgərləri and içiblər

A- A A+

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Briqadanın zabiti kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbriklərini şəxsi heyətə çatdırıb.

Sonra  gənc əsgərlər hərbi andı qəbul edib. Briqadanın şəxsi heyəti hərbi marşla tribuna önündən keçib.

Sonda xüsusi təyinatlı bölüyün nümunəvi çıxışları olub.

                                          Cavid Səfərli

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: