İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir

A- A A+

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə diplomatik missiyadan məlumat verilib.

"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.

Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.

Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: