Azərbaycanlı ekspertdən Avropa Komissiyasının Prezidentinə açıq məktub

A- A A+

Beynəlxalq hüquq üzrə ekspert Asəf Askər Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə aprelin 5-də Brüsseldə baş tutan ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı üçtərəfli görüşlə bağlı açıq məktub göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, məktubda Ermənistana Avropa İttifaqı və ABŞ tərəfindən ayrılması nəzərdə tutulan 270 milyon avro və 65 milyon ABŞ dolları məbləğindəki yardımların yanlış bir addım olduğu ifadə edilib.

Ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə bir çox bəyanatlarla çıxış etməsinə baxmayaraq onları yerinə yetirmədiyini yazıb. O, Avropa İttifaqının və ABŞ-nin işğalçı Ermənistana yardım göstərməsini tənqid edib, bu davranışın Cənubi Qafqazda sülhə və barışığa mane olduğunu bildirib. Bundan əlavə Avropanın bölgədə sülh istəklərinin əksinə Fransanın Ermənistanı silahlandırdığına diqqət çəkib.

Beynəlxalq hüquq üzrə ekspert Asəf Əskər Azərbaycanın bölgədə sülh və əmin-amanlıq üçün lazımi addımlar atdığını, bütün ədalətsizliklərə baxmayaraq öz ərazi bütövlüyünü təkbaşına bərpa etdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: