Energetika naziri ABŞ-yə səfər edib

A- A A+

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-yə səfər edib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, nazir aprelin 19-da Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.

Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: