Səfir: Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib

A- A A+

Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı Beynəlxalq Maarif Məktəbində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Türkiyə Maarif Vəqfinin 52 ölkədə 464 məktəblə fəaliyyəti ölkəsinin qürurudur: "Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib. Burada yetişdirilən gələcək nəsil də dost-qardaş ölkələrin müttəfiq kimi beynəlxalq arenada daha güclü əməkdaşlıqlarının davam etdirilməsinə töhfə verəcək".

"Azərbaycanla Vətən müharibəsində birlikdə necə böyük nailiyyətlər əldə etdiyimiz ən böyük nümunədir. Məktəblərimiz dostluq-qardaşlığa töhfə verəcək nəsillərin yetişdirilməsini hədəfləyib", - C.Bağçı əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: