Azərbaycan səfiri etimadnaməsinin surətini Qambiya XİN başçısına təqdim edib

A- A A+

Azərbaycanın Mərakeş, Seneqal, və Qambiyadakı səfiri Nazim Səmədov etimadnaməsinin surətini Qambiyanın xarici işlər naziri Mamadu Tanqaraya təqdim edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

“Bu gün səfir Nazim Səmədov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb və Azərbaycanın Qambiyadakı səfiri kimi etimadnaməsinin surətlərini ona təqdim edib. İki ölkə arasında əməkdaşlıq müzakirə edilib”, – diplomatik missiya diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: