Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

A- A A+

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm addım kimi qiymətləndirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə britaniyalı siyasətçi sosial şəbəkədə bildirib.

“1991-ci il Alma-Ata Bəyannaməsi əsasında beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə edən Ermənistan və Azərbaycanı alqışlayıram. Onların diplomatiyası ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində irəli mühüm addım atıb”, – o qeyd edib.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: