Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının ekspertizasının harada aparıldığı açıqlanıb

A- A A+

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir.

NUHÇIXAN-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var:

“Daha konkret desək, təyin olunmuş ekspertizaların icrası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: