Qarabağda və Şərqi Zəngəzurda xüsusi əhəmiyyət daşıyan təxminən 35 mədəni irs nümunəsi mənfi təsirə məruz qalıb

A- A A+

Əfsuslar olsun ki, iqlim dəyişiklikləri ilə yanaşı, müharibələr də təbiətə və mədəni irsə mənfi təsir göstərir. Təxminən 30 il ərzində Ermənistan işğalı altında qalmış abidələrimiz məhv olub və orada mədəni soyqırımı törədilib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiyada Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

“Qarabağ və Şərqi Zəngəzurda yerləşən təxminən 35 xüsusi əhəmiyyət kəsb edən mədəni irsin obyekti xeyli mənfi təsirə məruz qalıb. Onların sırasında biz vandalizm aktlarını da xüsusilə qeyd etmək istəyirik. On minlərlə tarixi abidə məhv edilib, yüzdən çox abidəyə çıxış əngəllənib. Bu, həmin ərazilərə aparan yolların minalanması ilə izah olunur. Həmin abidələrin qorunması Böyük Qayıdış Prosesinin ayrılmaz hissəsidir”, - deyə nazir müavini əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: