Paşinyan: Tavuşdakı dirəklər Ermənistanın təhlükəsizliyinin təminatıdır

A- A A+

Tavuşdakı sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılmasıdır, çünki əvvəlkilər yaramayıb: “Hakimiyyət bu təminatları gücləndirmək və dirəklərin sayını artırmaq üçün əlindən gələni edəcək”.

Baş nazir bildirib ki, sərhəd sütunları qanuni əsaslarla quraşdırılır: “Onlar Voskepar, Kirants, Berkaber, Bağanis və bütövlükdə Ermənistan kəndlərinin təhlükəsizliyinin təminatına çevrilirlər. Delimitasiya və demarkasiya bir məqsəd deyil, vəzifə aydın təminatların formalaşdırılmasını özündə ehtiva edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: