Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışında növbəti fəaliyyətlər icra edilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim çərçivəsində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, hərbi nizamnamələr, atəş, sıra, hüquq, mühəndis, rabitə, hərbi tibbi hazırlıq üzrə məşğələlər və digər dərslər keçirilir. Təlim toplanışı zamanı ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, hərbi vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn fəaliyyətlər icra olunur, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.