Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anadolu Ankası–2024” təlimində ekipaj üzvünün təxliyəsi icra olunub - VİDEO

A- A A+

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkarlanan ekipaj üzvünün yerində sorğulanması və təxliyəsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: