Bu gün biz Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə müxtəlif sahələrdə mövcud vəziyyəti, Azərbaycan-ATƏT əməkdaşlığında hazırkı vəziyyəti, regionda baş verən hadisələr barədə fikir mübadiləsi apardıq. Həmçinin Azərbaycan ilə Ermənistan arasındakı cari vəziyyəti müzakirə etdik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan Malta ilə münasibətləri genişləndirmək niyyətindədir.