Rusiya XİN: Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlara dair təşəbbüsünü alqışlayırıq

A- A A+

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh sazişi üzrə danışıqların keçirilməsini alqışlayır.

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır.

M.Zaxarova Qazaxıstanda üçtərəfli bəyanata uyğun təmasların vacibliyini qeyd edib: “Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik və lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq. Almatıdakı təmasların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata uyğun olması vacibdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: