Türkiyəli nazir: TDT regiondakı sülh və sabitliyə ciddi töhfə verir

A- A A+

Türk Dövlətləri Təşkilatı (TDT) regiondakı sülh və sabitliyə ciddi töhfə verir.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin birinci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, TDT bu gün dünyada sayılıb-seçilən təşkilatlardan biridir.

Nazir qeyd edib ki, TDT ölkələri arasında əməkdaşlıq ailə və sosial xidmətlər sahəsində də inkişaf etdirilir: "Bundan sonra da bu istiqamətdə ortaq işlər görəcəyik".

Onun sözlərinə görə, TDT-yə üzv ölkələr ailə dəyərlərinin gücləndirilməsi istiqamətində işlərin görülməsini planlaşdırır: “Çünki ailələrin güclənməsi həm də qadın və uşaqların güclü fərd olaraq cəmiyyətdə yer tutması deməkdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: