Heydər Əliyev və Sədərək döyüşləri - VİDEO

A- A A+

Sədərək rayonu 1990-cı ilin avqust ayında yaradılıb. Həmin vaxta qədər Şərur rayonun tabeliyində idi. Rayonun yaradılmasında məqsəd ümumilikdə Naxçıvanın müdafiəsini gücləndirməyə xidmət edib. Sədərək cəmi 3 ərazi vahidini- Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərini əhatə edir. Çox ağrılı-acılı günlər yaşamasına baxmayaraq, ən çətin sınaqlardan üzüağ çıxıb bu torpaq. 1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Buraya 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, ictimai  binalar, sosial obyektlər dağıdılıb. Həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanda yaşayırdı. Məhz onun apardığı qətiyyətli mübarizə, ən çətin məqamlarda belə xalqla birlikdə olması muxtar respublika əhalisinin sabaha olan ümidlərini artırırdı.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: