Rusiya prezidenti və Ermənistanın baş naziri Soçidə görüşəcəklər

A- A A+

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək.

NUHÇIXAN RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin "meydanları"nda aparılması planlaşdırılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mayın 14-də keçiriləcək görüşdə tərəflər regional təhlükəsizliyin aktual məsələləri, həmçinin ikitərəfi gündəliyin əsas məsələlərini müzakirə edə biləcəklər.

Uşakovun sözlərinə görə, bu, Ermənistan baş naziri ilə ilk rabitə olacaq və bu özlüyündə iki ölkə rəhbərinin bir-biri ilə tanış olması baxımından vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: