Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 12 yanvar tarixində saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan atəş açılıb, nəticədə 6 güllə ekskovatorun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.