Cənab Prezidentin qəti siyasəti və iradəsinin nəticəsi: Anklav olmayan 4 kənd qeyd-şərtsiz Azərbaycana qaytarıldı!

A- A A+

Qazax rayonunun 30 ildən çox işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bu gün bir güllə atılmadan rəsmən geri qaytarılması Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  qəti siyasəti və iradəsinin nəticəsi olaraq  delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilərək Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edildi.

Bu qələbə Azərbaycanın 44 günlük Vətən Müharibəsi və  2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır. Bu həm də rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesinin vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut etdi.

Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha sübut etdi ki, 100 gün öncə növbəti dəfə  İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız tarixi addım atdı. O, dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümidləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı. Prezident özü də yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, anklav olmayan dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalı və müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalı və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

Göründüyü kimi, Ali Baş Komandanın müsahibəsində dedikləri reallığa çevrildi və Qazaxın qeyri-anklav 4 kəndi: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının əraziləri Azərbaycana qaytarıldı.

Qeyd edək ki, bu kəndlər 90-cı illərin mart ayında ermənilərin işğal etdiyi ilk yaşayış məntəqələri olub. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə, Xeyrımlı kəndi 1992-ci il martın 8-də, Qızılhacılı kəndi 1992-ci il mayın 11-də, Aşağı Əskipara kəndi isə 1992-ci il iyunun 14-də erməni silahlı quldurları tərəfindən işğal edilmişdi.

Ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda Azərbaycan delimitasiya prosesi çərçivəsində bir qarış torpağını da Ermənistana vermədi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı nəinki güclü dövlətə çevirir, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarır.

Qazaxın kəndlərinin diplomatik yolla azad olunması isə həm də regiondan kənar güclərinin anti-təbliğat və təxribat cəhdlərini iflasa uğratdı.

 

Anar Tağıyev

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: