Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) katibliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, müvafiq paylaşım təşkilatın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“AQEM katibliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərini bildirir. Biz Azərbaycanın yeni sədr kimi AQEM prosesinə mühüm töhfə vermək və təşkilatın Asiyada, onun hüdudlarından kənarda nüfuzunu yüksəltməkdə qətiyyətli olmasını yüksək qiymətləndiririk. Ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd edilib.