Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani (Syed Yousuf Raza Gilani) ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiya kimi əməkdaşlıq iqtisadiyyatının potensial sahələri müzakirə olunub:

"İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də gündəmdə olub Tərəflər həmçinin regional vəziyyəti, o cümlədən COP29-a hazırlıqları daha geniş müzakirə ediblər".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: