Yaşar Əliyev: Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi dayanıqlı inkişaf gündəliyinə dəyərli töhfələr verir

A- A A+

“Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi dayanıqlı inkişaf gündəliyinə, iqlimlə bağlı fəaliyyətə və çoxtərəfli əməkdaşlığın digər mühüm sahələrinə dəyərli töhfələr verir”.

NUHÇIXAN-ın məlumatına görə, bu sözləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş Qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O, Azərbaycanın bu ilin noyabr ayında COP29 konfransına ev sahibliyi edəcəyini qeyd edərək COP29 Prezidentlik Planının bir-birini gücləndirən ambisiyaların artırılması və fəaliyyətlərin stimullaşdırılması kimi iki əsas istiqamət üzrə irəliləyəcəyini və bunun həm də qlobal iqlim fəaliyyətinə yönəltmək üçün lazım olan maliyyənin cəlb olunmasına imkan yaradacağını əlavə edib.

Səfir vurğulayıb ki, Azərbaycan iqlim fəaliyyətini və davamlılığı milli inkişaf planlarının və çoxtərəfli xarici siyasətinin mərkəzinə qoyub. “Yaşıl enerjiyə keçiddə regional lider kimi Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin Naxçıvan bölgəsini 2050-ci ilə qədər “sıfır emissiya” zonasına çevirmək niyyətindədir. Azərbaycanın qlobal çoxtərəfli səylərə sadiqliyi həmişəki kimi güclü olaraq qalır”,- deyə Yaşar Əliyev əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: