Anar Ələkbərov Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

A- A A+

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

NUHÇIXAN xəbər verir ki, Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.

“Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”, - Ə.Ərdoğan vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: