Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqlar icra ediblər - VİDEO

A- A A+

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: