MN: Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması başa çatıb - VİDEO
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib", MN-in məlumatında deyilir.