Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Türkiyə parlamenti spikerinin bu gün sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub: “Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.

TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur.

Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: