Şuşada keçirilən plenar sessiyada Ali Məclis təmsil olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda plenar sessiya təşkil olunub.

Qeyd edək ki, konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov və Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar da iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiyanın keçirilməsi nəzərdə tutulub.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: