“TRT Avaz” Şuşa şəhərinin bərpası və rekonstruksiyası haqqında reportaj hazırlayıb - FOTOLAR

A- A A+

Türkiyənin “TRT Avaz” telekanalı Şuşa şəhərinin bərpası və rekonstruksiyası mövzusunda geniş reportaj hazırlayıb. Burada, həmçinin azərbaycanlıların erməni işğalından azad olunmuş tarixi torpaqlarına mərhələli qayıtması prosesindən də bəhs edilir.

NUHÇIXAN xəbər verir ki, “Qarabağın timsalında həyat – Şuşa şəhəri bərpa olunur” sərlövhəli materialda Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan genişmiqyaslı bərpa işlərindən bəhs olunur, keçmiş məcburi köçkünlərin doğma diyarlarına qayıtması prosesinə diqqət yetirilir.

Telekanal qeyd edir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa və Azərbaycanın digər azad olunmuş rayonlarında müasir tələblərə cavab verən bütün şərait yaradılır.

TRT Avaz”ın reportajında deyilir: “Erməni işğalı dövründə tarixi və mədəni irsin bir çox obyektlərinin məhv edildiyi və ya ciddi şəkildə zədələndiyi, evlərin dağıdıldığı Şuşa bu gün hər yerdə tikinti və rekonstruksiya işlərinin aparıldığı şəhər təəssüratı bağışlayır. Bu əraziyə turistlər gəlir, burada çoxsaylı beynəlxalq tədbirlər keçirilir”.

Qeyd olunur ki, 126 keçmiş məcburi köçkün ailəsindən ibarət növbəti qrup – təxminən 500 nəfər bu yaxınlarda Şuşaya qayıdıb.

“Şuşa təkcə mədəni və tarixi irsi ilə deyil, həm də təbii gözəlliyi, təmiz havası ilə diqqəti cəlb edir. Bu gün şəhərin küçələri bu diyarın əsl sahibləri ilə doludur”, -deyə telekanal qeyd edir.

Reportajın müəllifləri yerli sakinlər arasında sorğu keçiriblər. Qeyd olunur ki, Azərbaycanın Qarabağa köçürülən vətəndaşları təkcə yaşayış yeri ilə deyil, həm də işlə təmin edilir.

Xüsusən, ailəsi 1992-ci il mayın 8-də Şuşanı tərk etməyə məcbur olan 61 yaşlı Kərim Kərimlinin sözləri sitat gətirilir.

Şəhər sakini Şuşa və Azərbaycanın digər rayonlarının çoxillik işğalına son qoyulmasında rəşadətli Azərbaycan Ordusuna rəhbərlik edən Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirir.

“Şuşanın azad edilməsi xəbərindən sonrakı günün səhəri doğma şəhərimə qayıtmaq barədə ərizə ilə müraciət etdim. Lakin mina təhlükəsi və dağıdılmış infrastruktur səbəbindən proses uzandı. Otuz iki ildən sonra birincilər sırasında Şuşaya qayıtdıq. Bu, təsvir edilməsi mümkün olmayan bir hissdir”, - deyə Kərimli bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: