Türkiyəli ekspert: Qərb Ermənistanı yeni müharibəyə təhrik edir

A- A A+

Qərb Ermənistanı müntəzəm şəkildə silahlandıraraq yeni müharibəyə təhrik edir.

NUHÇIXAN xəbər verir ki, bunu “Haber7”ə açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dosenti, siyasi analitik Oğuzhan Bilgin deyib.

“Qarabağ müharibəsindən zəfərlə çıxdıq, amma qarşımızda hələ də Ermənistanı silahlandıran Qərb var”, - o bildirib.

Analitikin sözlərinə görə, dünyanın müxtəlif regionlarında fərqli gərginlik ocaqları var: “Həyəcan siqnalı yuxarı həddədir. Hər addım böyük bir müharibəyə aparır”.

Ekspert onu da qeyd edib ki, Üçüncü Dünya müharibəsinin başlanması ehtimalı heç də az deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: