Çin Sədri: İnanıram ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni nailiyyətlər əldə edəcək

A- A A+

İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Si Cinpin qeyd edib ki, Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.

“Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”, - Çin Sədri qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: